USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bina yanğını faciəsindən - 3 il ötür

19.05.2018 Hadisə
1 0
2015-ci il 19 may. Bakı vaxtı ilə saat 10:30. Binəqədi rayonu, Azadlıq prospekti 200/36. Bir müddət əvvəl çöl hissəsi penoplas üzlüklərlə üzlənmiş 16 mərtəbəli yaşayış binası. Yanğın! 15 nəfər ölü, 64 nəfər yaralı

“Kommersant.Az” xəbər verir ki, 2015-ci ilin bu günü baş vermiş bina yanğını faciəsindən 3 il ötür.

Məlum olduğu kimi, Bakıda 2015-ci ilin 20 mayına qədər 283 yaşayış binası penoplas ilə üzlənmişdi. Binaların çölünə belə üzlüklərin vurulmasının əsas məqsədi SSRİ dönəmində inşa edilmiş tikililərə yeni görkəm qazandırmaq idi. Amma...

2015-ci ilin 10 aprel tarixində Xətai rayonunda yerləşən Nargilə kafesinin yaxınlığındakı binaların birində də oxşar səbəbdən yanğın hadisəsi baş vermişdi. Həmin zaman binanın sadəcə bir üzü penoplas materialı ilə üzləndiyindən yanğın geniş yayılmamış və ölüm hadisəsi baş verməmişdi. Buna baxmayaraq...

39 gün sonra baş verən ikinci hadisədə güclü yanğın əvvəl binanın aşağı mərtəbələrində qatı tüstü dumanı ilə müşahidə olunur və bu yanğın anidən şiddətlənərək bütün binanı bürüyür... Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını sadəcə üç saata söndürə bilirlər. Nəticədə 15 nəfər həlak olur, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsərətləri alır.

Baş verən yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixili sərəncamı ilə Dövlət Komissiyası yaradılır.