Dövlət Yol Polisi "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin 300 manat cərimə edilməsi barədə inzibati protokol tərtib edib.
"Kommersant.az" xəbər verir ki. qurum İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Yasamal Rayon Məhkəməsi 07 iyun 2019-cu il tarixində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarıb.
Bu qərardan Yasamal Rayon Polis İdarəsi tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2013-cü ildə "Azərkörpü" ASC-də ildə həyata keçirilmiş rebrendinq nəticəsində şirkətin adı Avro-Asiya Tikinti Korporasiyası "EVRASCON" adlandırılıb. (Report.az)