USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı, dənizə düşdü – Pilot axtarılır

25.07.2019 Hadisə
0 1
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb. MiQ-29 təyyarəsi, Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir.

Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq