Bakıda oğurluq etməkdə şübhəli bilinən qadınların birindən narkotik maddə götürülüb.
"Kommersant.az" xəbər verir ki, hadisə iyulun 22-də baş verib.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Gül və K.Qasımova saxlanılıblar.