USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR: 700-ə yaxın işçi dənizdən təxliyyə edilib

05.08.2019 Hadisə
0 0
Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərlə yerləşdirilib: “SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyyə edilib”. (Report.Az)