Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru intihar edib.
"Kommersant.az" Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində, yaşayış evlərindən birində baş verib.
1980-ci il təvəllüdlü Musa Feyzulla oğlu Feyzullayev həmin evin həyətində özünü asıb. Onun meyiti anası tərəfindən aşkarlanıb.
Qeyd edək ki, 39 yaşlı Musa Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyirdi.