USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ola bilər ki, mənim oğlum günahkardır” - Zakir Zeynalov

22.08.2019 Hadisə
0 0
“GünayBank”ın keçmiş sədr müavini, Emin Zeynalovun atası, sabiq bankir Zakir Zeynalov oğlunun törətdiyi əməl barədə açıqlama verib.

O, mətbuatda qeyd edildiyi kimi cinayətlə əlaqəsi olmadığını və özünün banka qarşı səsləndirdiyi ittihamları rədd etdiyini deyib. “Ola bilər ki, oğlum günahkardır. Ancaq hesab edirəm ki, bunu ayrı-ayrı şəxslər, media yox, məhkəmə müəyyən etməlidir. Hazırda mənim üçün danışmaq çətindir. Ancaq bütün bildiklərimi hüquq-mühafizə orqanlarına və digər instansiyalara verdiyim ifadələrdə qeyd etmişəm. Çox xahiş edirəm, onlarla tanış olasınız”.

Zakir Zeynalov daha əvvəlki açıqlamalarında “Günay Bank”ı oğlunun əməlinə ortaq olmaqda ittiham etdiyinə görə təəssüfləndiyini bildirib: “Banka qarşı ittihamları oğlumun taleyindən narahatlıq keçirərək, affekt halında olarkən səsləndirmişəm. Eminin işində qanun pozuntularına yol verdiyini etiraf edirəm və inanıram ki, istintaq, məhkəmə hər şeyi obyektiv şəkildə aydınlaşdıracaq”.

Zakir Zeynalov dəfələrlə öz açıqlamalarında vurğulayıb ki, oğlunun əməlləri ilə bağlı detalları öyrənəndən sonra “Günaybank”a olan bütün iddialarını tamamilə rədd edib. O qeyd edib ki, oğlu ilə baş verənlər sağlamlığına çox təsir edib və hazırda özünü hiss edir: “Bir daha deyim ki, mənim bankın sahibi Mahmud Məmmədova qarşı ünvanladığım bütün şikayətlər əsassızdır. Çünki onları bəzi mənbələrdən aldığım, daha sonra yalan olduğu aydınlaşan məlumatlara əsasən yazmışdım”.

Zeynalov “Niyə bir ata, həm də bank işində bilikli bir insan olaraq oğlunu səhvlərinə görə xəbərdar etməyib?” sualına oğlunun törətdiyi əməlin gözlənilməz olduğunu və onun bu işlə heç bir əlaqəsi olmadığı cavabını verib.

Qeyd edək ki, istintaq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Emin Zeynalov Cinayət Məcəlləsinin 178.4 (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. (Haqqin.az)