USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil qəzası iki kəndi qazsız qoyub

27.08.2019 Hadisə
0 0
Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli və Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.

Bu barədə "Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, nəticədə hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil başqa kəndin ərazisində tapılıb.

Hazırda ərazidə qaz təchizatının bərpası işləri görülür.