Biləsuvar rayonunda M. İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.
“Azəriqaz”dan "Kommersant.az"a verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib. Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadı istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.