USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fondun binasında yanğın olub, 30 nəfər təxliyə edilib

01.06.2018 Hadisə
0 0
Fövqəladə Hallar Nazirliyi Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən yanğınla bağlı növbəti məlumatını yayıb.

"Kommersant.Az" ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb.

Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.