Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub.
"Kommersant.Az" bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.
Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.
Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.