USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənilər kəndlərimizi və döyüş mövqelərimizi atəşə tutdu - RƏSMİ

30.10.2019 Hadisə
0 0
Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sərhəd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

"Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb", - DSX-dən bildirilib.