USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kürdəmir sakini balıq tutarkən faciəvi şəkildə ölüb

04.06.2018 Hadisə
2 0
Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub.

"Kommersant" “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.