“Ekologiya postu” yaxınlığında ticarət mərkəzi yanır.
"Kommersant.az" xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
...
Hadisə Binəqədi rayonu ərazisində tikinti materialları satılan “EuroHome” mərkəzində baş verib.
Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.
Hazırda güclü yanğının bütün mağazalara yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən faktı təsdiqləyiblər. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopteri cəlb edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə yerinə dörd təcili tibbi yardım briqadası göndərilib. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.