USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“EuroHome”dakı yanğının söndürülməsində su problemi - NAZİR MÜAVİNİNDƏN AÇIQLAMA

10.12.2019 Hadisə
1 0
“EuroHome”da baş verən yanğının qarşısını almaq üçün 150 tona yaxın su bir təyyarə və üç helikopter tərəfindən əraziyə tökülüb.

"Kommersant.az" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nazir müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, iki saat yarıma qədər davam edən yanğının söndürülməsində su problemi yaşanıb:“Mənə verilən məlumata görə, yanğın yerində FHN-nin 40-dan artıq texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olub.

İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğının səbəbləri araşdırılır. Daha ətraflı məlumatlar veriləcək”.

Oxu.az