Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavini tutulub.
"Kommersant.az"ın məlumatına görə, icra başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məsələnin təfərrüfatı məlum deyil.
Qeyd edək ki, Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.