Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
"Kommersant.az" xəbər verir ki, FHN-dən verilən məlumata görə, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.
Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.