Biləsuvar rayonunun Nərimankənd kəndində "Belarus" markalı traktorun qoşqusunun təkərləri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb.
"Kommersant"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.