USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uşaqlara işgəncə verilən bağçanın adı bəlli oldu - AÇIQLAMA

11.06.2018 Hadisə
0 0
Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video yayılıb.

"Kommersant" xəbər verir ki, Azxeber.com-a göndərilən videogörüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara qarşı kobudluq olub.

Azxeber.com-un məlumatına görə, adı hallanan bağça özəl bağçadır və Yasamal rayonu ərazisində yerləşir. Özəl bağçanın adı isə "Kids Studio”dur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı adıçəkilən bağça ilə əlaqə saxlanılıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb".