Bu ilin mart ayının 31-də Aytac Məmmədova və dostu Sultan Əliyev Gəncəyə gedir. Karantinə görə geri dönə bilməyən vətəndaşlar və dostları Hacıkəndə getməyə qərar verirlər. Lakin postların birində insident yaşanır. Vətəndaşları polis maşınları təqib edir, saxlayır və onlara qarşı zor tətbiq edir. Maşını daşla, dəyənəklə əzib içinə gözyaşardıcı qaz atırlar. Aytac Məmmədova deyir ki, onu döyüb, 2 qabırğasını qırıblar. Dostunu isə həbs ediblər. DİN-dən isə deyilir ki, vətəndaşların hamısı narkotik maddələrin təsiri altında qayda pozuntusu edib.