USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq” - Kəmaləddin Heydərov

13.10.2020 Hadisə
0 0
“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.

"Kommersant.az" xəbər verir ki, bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər ödəniləcək:

“Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.