USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zəhərlənən pambıqçılara görə Fitosanitarın rəisi işdən çıxarıldı

20.06.2018 Hadisə
0 0
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin işdən çıxarıldığı bildirilir.

Məlumata görə, onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

Digər məlumata görə, C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.

Qafqazinfo