Yevlax rayonunda 24 yaşlı piyadanı avtomobil vurub.
"Kommersant" "Report"un Qərb bürosuna istinadən məlumat verir ki, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Xan Əkbər oğlu Quliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.