Göyçay rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
"Kommersant" bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, rayondakı şadlıq saraylarından birində keçirilən toy mərasiminin qonaqları arasında baş verən dava zamanı Ucar rayonu Qaracallı kənd sakini, 1987-ci il təvəllüdlü Kamil Əhmədov bıçaq xəsarəti aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.