"Kommersant"ın APA-nın qərb bürosuna istinadən xəbərinə görə, rayonun Əlibəyli kənd sakini, 1970-ci il təvəllüdlü Bayramov İlqar Səməd oğlu bıçaq yaraları ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, İ. Bayramov münaqişə zəminində qohumu tərəfindən bıçaqlanıb.