“Bloomberg” nəşri ümumi varidatı 1,1 trilyondan çox olan dünyanın ən zəngin 25 ailəsinin siyahısını hazırlayıb.Siyahıya mülkiyyətin azı bir dəfə vərəsəlik yolu ilə ailə üzvlərinə ötürüldüyü ailələr daxil edilib
"Kommersant" xəbər verir ki, Birinci yerdə “Walmart” super-marketlər şəbəkəsinə nəzarət edən Uolton ailəsi qərarlaşıb. Onların varidatı 151,5 milyard dollara yaxındır.
İkinci yerdə 98,7 milyard dollarla Çarlz və Devid Kox qardaşları gəlir. Onların atası – Fred Kox 1940-cı ildə “Kock Industries” amerikan korporasiyasının əsasını qoyub.
Üçüncü yerdə eyni adlı baton şokoladları istehsal edən “Mars” şirkətinin təsisçisi Frenk Marsın nəsli gəlir. Onların aktivləri 89,7 milyard dollar qiymətləndirilir.
Siyahıya eyni zamanda pivə istehsalı ilə məşğul olan üç Belçika ailəsi, “Chanel” moda brendinin təsisçisinin varisləri, bir neçə hind sənaye şirkətlərinin sahibləri, “BMW” avtomobillərini istehsal edən şirkətə sahib olan Kvandt ailəsi və digər zəngin nəsillər daxil edilib.