Şirvanda Kür çayında batmaq təhlükəsi ilə üzləşən 4 yeniyetmə xilas edilib.
"Kommersant" APA-ya istinadən xəbər verir ki, Kür çayının Şirvan ərazisindən keçən hissəsində 4 yeniyetmə-2002-ci il təvəllüdlü Əliyev Məhəmməd Rauf oğlu, 2003-cü il təvəllüdlü Nəcəfov Emin Arif oğlu, 2009-cu il təvəllüdlü Məhəmmədov Eldəniz Zahid oğlu və 2005-ci il təvəllüdlü Rafiqov Nurlan İlkin oğlu batmaq təhlükəsi ilə üzləşib.
Onlar FHN-in Şirvan sularda xilasetmə məntəqəsinin əməkdaşları tərəfindən xilas edilib.