Bərdə rayonunda 22 yaşlı gənc sirkə turşusu içərək intihara cəhd edib.
"Kommersanrt"ın "Report"un Qarabağ bürosuna istinadən məlumatına görə, Lək kənd sakini, 1996-cı il təvəllüdlü S. Süleymanov kəskin zəhərlənmə əlamətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının (MRX) Reanimasiya Şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 22 yaşlı S. Süleymanov hələ ki, bilinməyən səbəbdən, bilərəkdən sirkə turşusu qəbul edib. S. Süleymanova xəstəxanada lazımi tibbi yardım göstərilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.