Bakı vaxtı ilə saat 00.25 radələrində Azərbaycan üzrə elektrik enerjisi kəsintisi yaşanıb.
"Kommersant" Musavat.com-a istinadən xəbər verir ki, ilk dəqiqələrdə gələn məlumatlara görə, bunun səbəbi barədə hələlik heç bir rəsmi xəbər yayılmayıb. Lakin qeyri -rəsmi məlumatlarda vurğulanır ki, Mingəçevir İES-də böyük qəza baş verib - ötürücü transformatorlardan biri yanır. Musavat.com saytının müxbiri enerji kəsinrisi yaşanandan 2 dəqiqə sonra Azerenerjinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə zəng edib. Lakin o da hadisənin baş vermə səbəbi barədə məlumatlı olmayıb. ''Kəsinti indicə baş verdi, səsəbi dəqiqləşdirib, mediaya açıqlama verəcəm''. Daha sonra onun telefonuna zəng çatmayıb.
Elektrik enerjisinin kəsilməsindən 15 dəq sonra Mingəçevirdəki qaynaqlardan açılqlama almaq mümkün olub.
Musavat.com-a bildirilib ki, Mingəçevir İES bloklarından birində problem yaranıb. Ona görə də bütün ölkəyə elektrik enerjisinin verilməsində fasilə baş verib . Hazırda qəzanın nəticəsini aradan qaldırmaq üçün çalışmalar başlanıb.
Mingəçevirdəki qaynağımızın açıqlamasındakı ən mühüm detal isə budur: “1-ci Abşeron xəttinin 41-ci açarının cərəyan transformatorunda baş verən qısa qapanmadan yanğın baş verib, bunun nəticəsində enerji blokları enerjidən açılıb”.
Sosial şəbəkələrdə yayılan təxribat iddiaları isə təsdiq olunmur.