Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.
“Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, - Nazirliyin məlumatında deyilir.