Şamaxı rayonunda 20 yaşlı qadın intihara cəhd edib.
"Kommersant"ın "Report"un yerli bürosuna istinadən xəbərinə görə, hadisə Sağyan kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü A.Məmmədova sol qolunun bilək nahiyəsini kəsib. O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumatda bildirilir ki, A.Məmmədova cərrahiyyə şöbəsinə yerləşdirilib və ona ilkin yardım göstərilib. Qadının vəziyyəti kafidir.
İlkin məlumata görə, A.Məmmədova həyat yoldaşı ilə mübahisə nəticəsində intihara cəhd edib.