Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kommersant"ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Hacıqədirli kəndində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb. Avtomobil suda tamamilə batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev avtomobilin içində suda boğularaq ölüb. Ölən şəxsin meyitinin və avtomobilin sudan çıxarılması üçün hazırda tədbirlər görülür.
FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.