USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft və Sənaye Universitetində yeni - TƏYİNAT

06.07.2018 Hadisə
0 0
Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.

ADNSU mətbuat xidmətindən "Kommersant"a daxil olan məlumatda bildirilir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu universitetin əməkdaşlarına təqdim edib.

Qeyd edək ki, A.Xəlilov uzun onilliklər ərzində inzibati-təsərrüfat işləri sahəsində müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Müəllimlər İnstitunda on ildən çox müddət ərzində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Müəllimlər İnstitutunda işlədiyi dövrdə o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.