"Kommersant"ın APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, qadın sürücünün idarə etdiyi "Toyota" markalı avtomobil Şirvan şəhər sakini, 1941-ci il təvəllüdlü Hüseynov Bahəddin Əbülfəz oğlunu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.