Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.
FHN-dən "Kommersant"a verilən məlumata görə, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.