İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb.
"Kommersant" xəbər verir ki, bu barədə "Report" TASS-a istinadən məlumat verir.
Bildirilir ki, Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi texniki nasazlıq göstərilir.
Qeyd edək ki, iki pilot katapulta vasitəsilə təyyarədən xilas olub.