Respublikanın müəyyən ərazilərində və paytaxtın bir çox rayonunda elektrik enerjisinin verilməsində yenə fasilə yaranıb.
“Kommersant” xəbər verir ki, yayılan məlumatlara görə, Bakının Nərimanov, Nəsimi, Yasamal rayonu ərazilərində, 20 Yanvar, Qara Qarayev metrostansiyalarının ətrafındakı yaşayış bölgələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bu problem Sumqayıt, Göyçay və bir neçə başqa şəhər və rayonlarda da müşahidə olunur.
Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” və “Azərenerji” ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz alınmadı, adıçəkilən qurumlar telefon zənglərimizə cavab vermədi.