USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Problemi həll etməyə çalışırıq" - "AZƏRENERJİ"DƏN AÇIQLAMA

12.07.2018 Hadisə
0 1
"Yüksək gərginlikli elektrin xəttində problem yaranıb."

"Kommersant" xəbər verir ki, bunu portalımıza rəsmi açıqlamasında "Azərenerji"nin sözçüsü Yahya Babanlı deyib. Onun sözlərinə görə, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

"Doğrudur. Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. Problemin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atırıq."