USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirin işdən qovduğu 11 şöbə müdiri bu rayonlar üzrədir - SİYAHI

12.07.2018 Hadisə
2 0
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ayda aparılan araşdırmalar zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ciddi nöqsanlara yol verən 11 rayon şöbəsinin rəhbərinin işdən azad edildiyini bildirib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda həmin rayon şöbələrinin adları açıqlanmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov həmin rayonların adlarını açıqlayıb.

Həmin siyahını təqdim edirik:

1. Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri;

2. Bakı şəhəri Sabunçu rayon şöbəsinin müdiri;

3. Bakı şəhəri Suraxanı rayon şöbəsinin müdiri;

4. Bakı şəhəri Xətai rayon şöbəsinin müdir müavini;

5. Xaçmaz rayon şöbəsinin müdiri;

6. Quba rayon şöbəsinin müdiri;

7. Şirvan rayon şöbəsinin müdir müavini (şöbə müdiri vəzifəsini icra edən);

8. Lənkəran rayon şöbəsinin müdiri;

9. Cəlilabad rayon şöbəsinin müdiri;

10. Salyan rayon şöbəsinin müdiri;

11. Şamaxı rayon şöbəsinin müdiri.