USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub

29.07.2018 Hadisə
0 0
Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub.

Kommersant.az-ın bildirdiyinə görə, ”Report”un Aran bürosu xəbər verir ki, Ayxan ailəsi ilə birlikdə Bakıya getməyə hazırlaşan zaman nəzarətsiz qalan iki yaşlı Rəhim Məmmədli eyvandakı divanın üstünə çıxıb. Sonra uşaq əllərini pəncərədəki qoruyucu tora söykəyib. Elə bu zaman qoruyucu tor ağırlığa tab gətirməyərək yerindən çıxıb. Bu zaman azyaşlı uşaq qoruyucu torla birlikdə beşmərtəbəli binanın 4-cü mərtəbəsindən aşağı düşüb. Şahidlərin sözlərinə görə, uşaq əvvəlcə yaşayış binasının həyətindəki ağacın üzərinə, ordan isə yerə düşüb. Rəhim Məmmədli Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan paytaxt Bakıya xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində baş verib. 2016-cı il təvəllüdlü Məhəmmədli Rəhim Ayxan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılmışdı.