Bu gün Bakının Zağulba, Mərdəkan sahillərində çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib.
"Kommersant.az" “Report”a istinadən xəbər verir ki, xilasetmə əməliyyatları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.
Hadisələr xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə qeydə alınıb.