Bakı-Qazax avtomobil yolunda zəncirvari yol qəzası baş verib.
"Kommersant.az"ın "Report"un Qərb bürosuna istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gürcüstan dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq VAZ markalı avtomobillərlə toqquşub. Nəticədə Gürcüstan vətəndaşı olan sərnişinlərdən biri xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.