Bakının Binəqədi rayonunda 1 nəfərin əli kağızdoğrayan aparatında sıxılmış vəziyyətdə qalıb.
"Kommersant.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında vətəndaşın əlini kağızdoğrayan aparatından çıxarıblar.