Azərbaycanda axtarışda olan cinayətkarların sayı artıb.
"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038 cinayətkar axtarışda olub.
Axtarışda olan cinayətkarların 47-si 14-17 yaşlı uşaqlar olub.
Ötən il axtarışda olanların 1603-ü dələduzluq, 718-si oğurluq, 147-si hərbi xidmət əleyhinə (onlardan 62-si fərarilik), 34-ü dövlət əleyhinə, 42-si banditizm, 103-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.
Ötən il ərzində 914 nəfər itkin düşüb ki, onların 105-i 18 yaşadək uşaq olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə azalıb.
2016-cı ildə Azərbaycanda 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.