"Kommersant.az"ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
“Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb və nəticədə dörd nəfər ölüb.
Ölənlərdən üçünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.