İranda 3 gündür yağan leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә 8 nəfər ölüb.
“Kommersant.az” TRT-yə istinadən xəbər verir ki, daşqınlar daha çox ölkәnin şimalındakı Mazandaran, Gilan, Gülüstan, İsfahan, Yezd vә Şimali Xorosan əyalətlərində fəsadlara səbəb olub.
Daşqınlar zamanı çox sayda yaşayış mәntәqәsi su altında qalıb. Nuşehr şәhәrindәki tarixi “Maşlek” körpüsü uçub.
Hazırda axtarış-xilasetmә әmәliyyatları davam etdirilir.