USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Gəncəyə yollandı - TƏCİLİ, FOTO

20.11.2018 Hadisə
0 0
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyindən verilib.

“Kommersant.az” xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gediblər. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyindən verilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​

Xatırladaq ki, hadisə nəticəsində dağıntılar altında qalmış 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib.

Azxeber