Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, son məlumata əsasən hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.
“Dağıntılar altından altından öncə bir nəfərin cansız bədəni tapıldı. Son məlumata əsasən ölənlərin sayı artdı. Onlar ana və oğuldur. Ana müəllimədir. Oğlunun 21 yaşı var”,-deyə nazirlikdən bildirilib.
Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində yaralanan hərbçinin durumu orta ağırdır: “Ona lazım olan tibbi yardım göstərilir. Ümumilikdə hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib”.