USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət işçiləri qəzaya düşdülər - Ölən və yaralananlar var

21.11.2018 Hadisə
0 1
Hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisıə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.

Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyətləri ağır olaraq qalır.

Məlumata görə, “Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

qafqazinfo