36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb.
“Kommersant.az” xəbər verir ki, iş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.
Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.
Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.